7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nazir müavini: "Ölkəmizdəki əczaçılıq layihələrinə investorların marağının artdığını müşahidə edirik"

Nazir müavini: "Ölkəmizdəki əczaçılıq layihələrinə investorların marağının artdığını müşahidə edirik"

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən yeni yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. Dərman sənayesi yalnız iqtisadiyyatın bir sahəsi deyil, ictimai sağlamlığın strateji təminat mexanizmidir və Azərbaycanın bu istiqamətdə atdığı addımlar, həyata keçirilən investisiya layihələri və tənzimləmə islahatları ölkəmizin dərman təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir müavininin sözlərinə görə, statistik məlumatlar göstərir ki, ölkəmizin dərman bazarında yerli istehsal ümumi istehlakın təxminən 2-3 faizi ətrafındadır: “Son illərdə dərman bazarında orta illik artım tempi təxminən 2,7 faiz olub və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il Azərbaycanda 15,7 milyon manatlıq dərman məhsulları istehsal olunub. Bu istehsal əvvəlki illə müqayisədə 80 faizə qədər artım deməkdir, amma ümumiyyətlə baxdığımızda, istehlakımızla müqayisə etdiyimizdə, təbii ki, kiçik rəqəmdir. Bizim illik dərman idxalımız topdansatış qiymətləri ilə 500 milyon dollar ətrafındadır. Ümumiyyətlə, topdan qiymətləri ilə dərman bazarımız 1,3 milyard manat ətrafındadır və burada əsas məqsədimiz istehlakın böyük bir hissəsini yerli istehsal hesabına təmin etməkdir. Bu, sadəcə iqtisadiyyatın diversifikasiyası deyil, eyni zamanda, bizim üçün strateji bir hədəfdir. 2016-cı ildə qurulan Pirallahı Sənaye Parkında artıq mövcud və icra olunan layihələrin dəyəri 150 milyon manat ətrafındadır. Pirallahı Sənaye Parkı ilə, eyni zamanda, parkdan kənarda yerləşən müəssisələrə baxdığımızda, bu layihələrin dəyəri təxminən 300 milyon manat ətrafındadır. Əczaçılıq sənayesi ilə bağlı ilk ciddi addımlar son dövrlərdə Pirallahı Sənaye Parkının yaradılması ilə başladı. Xüsusilə 2020-ci ildən sonra ölkəmizdəki əczaçılıq layihələrinə xarici və yerli investorların marağının artdığını müşahidə edirik. Bu, Azərbaycanın həm mövqelərinin möhkəmlənməsi ilə bağlıdır, həm də COVID-dən sonra təchizat zəncirlərində olan həssaslıqla əlaqədar investorlar daha etibarlı ölkələrə gəlib, orada fəaliyyət göstərmək istəyirlər".

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?