7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat nazirinin müavini Qafqaz İnvestisiya Forumunda iştirak edib

İqtisadiyyat nazirinin müavini Qafqaz İnvestisiya Forumunda iştirak edib

İqtisadiyyat nazirinin müavini Azər Bayramov Rusiyanın Mineralnıye Vodı şəhərində keçirilən Qafqaz İnvestisiya Forumunda iştirak edib.

Azər Bayramov “İnvestisiya mühitinin transformasiyası: Gələcəyi yeni reallıqlarda layihələndirmək” mövzusunda plenar iclasda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılmış imkanlar, tətbiq edilən vergi-gömrük güzəştləri barədə məlumat verib. Beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Ələt azad iqtisadi zonası, o cümlədən sənaye parkları, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında biznes subyektləri üçün tətbiq edilən xüsusi güzəşt və azadolmalar diqqətə çatdırılıb. Rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər qeyd edilib.

“Yeni biznes: Maneələrin azaldılması və işgüzar mühitin formalaşdırılmasında yeni yanaşmalar” adlı panel sessiyada ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, innovasiya və startap ekosisteminin inkişafı, həmçinin investisiya üzrə beynəlxalq əməkdaşlıq nəzərə çatdırılıb.

Tədbir çərçivəsində təşkil olunan “İslam maliyyələşməsinin beynəlxalq inteqrasiyası: kapital və strateji tərəfdaşlıq” adlı panel sessiyada Azərbaycanın İslam maliyyələşməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl yanaşmaların tətbiqinə önəm verdiyi vurğulanıb.

Forumda investisiya və maliyyə, turizm, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq, aqrar-sənaye, ticarət, səhiyyə, energetika, nəqliyyat, infrastruktur, mədəniyyət və insan kapitalı kimi sahələrin inkişafı müzakirə olunub. Maliyyələşmə, kənd təsərrüfatı, süni intellektin tətbiqi, turizm və tibbi turizmin inkişafı kimi mövzular üzrə panel sessiyalar keçirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?