7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində görüşlər keçirilir

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində görüşlər keçirilir

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” davam edir. Proqram çərçivəsində müəssisələrlə yol xəritələrinin icrasına dair görüşlərə başlanılıb.

Bu mərhələdə 4SİM, eləcə də tərəfdaş qurumlar tərəfindən müəssisə rəhbərləri ilə fərdi görüşlərdə prioritetləşdirilmiş layihələr üzrə icra planları, zaman çərçivələri, müxtəlif rəqəmsal alətlər, o cümlədən süni intellekt əsaslı texnologiyaların tətbiqinə dair yol xəritəsində əks olunmuş tədbirlərin icrasına dəstəklə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində icra olunan proqrama cari ildə metallurgiya, qida sənayesi, ağır sənaye, pərakəndə satış kimi müxtəlif sektorları təmsil edən 15 yerli müəssisə qoşulub. Proqramın ilkin mərhələsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müəssisələrdə texnoloji və yaşıl diaqnostika aparılıb, hər bir biznes subyekti üçün fərdiləşdirilmiş rəqəmsal transformasiya üzrə yol xəritələri təqdim edilib.

Strategiyanın əsas təşəbbüslərindən biri olan proqram çərçivəsində 2030-cu ilə qədər ümumilikdə 65 müəssisənin sənaye 4.0 transformasiyası proseslərinə cəlb olunması planlaşdırılır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?