7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir

Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Turizm Bürosu (ATB) 27-30 aprel tarixlərində Akapulko şəhərində keçirilən və Amerika qitəsinin aparıcı turizm platformalarından biri hesab olunan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, turizm sənayesi nümayəndələri, aviaşirkətlər və beynəlxalq təşkilatlarla baş tutan görüşlərdə Azərbaycan və Meksika arasında turizm əməkdaşlığının inkişaf perspektivləri və qarşılıqlı tərəfdaşlıq imkanları müzakirə olunub.

Aprelin 29-da Meksikanın Dünya İrsi Şəhərləri Milli Assosiasiyası tərəfindən “Tianguis Turístico” çərçivəsində təşkil olunan xüsusi tədbirdə Azərbaycanın müxtəlif turizm imkanları barədə təqdim olunub.
50-ci dəfə keçirilən “Tianguis Turistico” Meksika və ümumilikdə Amerika qitəsinin ən nüfuzlu turizm tədbirlərindən biri hesab olunur. Platforma qlobal turizm sənayesinin nümayəndələrini, dövlət qurumlarını, aviaşirkətləri və beynəlxalq təşkilatları bir araya gətirir.

Azərbaycanın tədbirdə iştirakı ölkənin beynəlxalq turizm əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və turizm potensialının Amerika bazarında daha geniş tanıdılması baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Meksika vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?