7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihəyə start verilib. Layihə çərçivəsində Şuşada keçirilən ilk görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti institutları iştirak edib. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin lokallaşdırılmasının əhəmiyyəti, bu istiqamətdə dövlət qurumlarının rolu və qarşıda duran əsas prioritetlər barədə məlumat veriblər.

Müzakirələr zamanı DİM-lərin lokallaşdırılması prosesi, bu sahədə beynəlxalq təcrübə, şəhər səviyyəsində tətbiqin sosial-iqtisadi təsirləri, eləcə də dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin bu prosesdə rolu nəzərdən keçirilib. Eyni zamanda, qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyətlər və koordinasiya mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində akademik heyət və tələbələrlə görüş təşkil olunub. Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin elmi tədqiqatlarda rolu və lokallaşdırma prosesində akademik dairələrin töhfəsi barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, DİM-lərin lokallaşdırılması üzrə yeni istiqamətə başlanılıb. Bu çərçivədə Şuşa və Naxçıvan şəhərləri pilot ərazilər kimi müəyyən edilib və qarşıdakı illər ərzində DİM-lərin yerli səviyyədə tətbiqi və inteqrasiyası istiqamətində mərhələli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?