7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib.

İclasda Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Su Ehtiyatları Agentliyinin, "Azərişıq" ASC-nin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak edib.

İclasda İşçi Qrupunun fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və 2026-2027-ci illəri əhatə edən iş planı müzakirə olunub, Qrupun katibi təyin edilib və iş planı təsdiq olunub.

Xatırladaq ki, sözügedən İşçi Qrup Azərbaycan Prezidentinin 2026-cı il 7 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar"a uyğun olaraq yaradılıb.

İşçi Qrupunun əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, o cümlədən onların yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl etməsi, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?