9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AYİB-lə əməkdaşlığın gündəliyində olan məsələlər barədə müzakirələr aparılıb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə AYİB-nin Azərbaycanda fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə olunub. Bankın investisiya strategiyasının prioritet istiqamətləri, xüsusilə su təchizatı, məişət tullantılarının idarə olunması, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpaolunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.

Tərəflər Bankın ölkəmizdə həyata keçirdiyi layihələrin iqtisadiyyatın şaxələndirilməsinə, özəl sektorun inkişafına və dayanıqlı maliyyə axınlarının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Eyni zamanda, investisiya prioritetlərinin genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi və texniki dəstəyin artırılması məsələləri diqqət mərkəzində olub.

------

17:02

“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər barədə müzakirələr apardıq.

Bankın investisiya strategiyasının prioritetlərini, su təchizatı, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpaolunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?