7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

Almaniyanın Hannover şəhərində keçirilən “Hannover Messe 2026” beynəlxalq sənaye sərgisi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (“ApexBrasil”) arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlığa dair Yol Xəritəsi çərçivəsində görülən işlər müzakirə olunub. Xüsusilə Azərbaycan iş adamlarının “Buyers Project” proqramında iştirakı imkanları, investisiya əməkdaşlığının genişləndirilməsi, Braziliya Milli İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də braziliyalı investorların Azərbaycanda fəaliyyət göstərən iqtisadi zonalara cəlb olunması məsələləri, həmçinin qarşılıqlı investisiya layihələrinin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Hannover Messe 2026” sərgisi dünyanın aparıcı sənaye və texnologiya sərgilərindən biri kimi innovativ həllərin təqdimatı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması baxımından mühüm platforma hesab olunur. Sərgidə Azərbaycanı Ələt azad iqtisadi zonası stendlə təmsil edib.

Qeyd: “Buyers Project” xarici alıcıları Braziliyaya dəvət edərək yerli şirkətlərlə B2B görüşlər təşkil etməklə ixracın və beynəlxalq biznes əlaqələrinin inkişafını təşviq edən mexanizmdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?