7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat Nazirliyində BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyində dövlət naziri, Azərbaycan – BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və tərəfdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün əlverişli zəmin yaradır.

Tərəflər Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, biznes əlaqələrinin və işgüzar dairələr arasında əməkdaşlığın dinamik inkişafı, birgə investisiyaların təşviqi barədə fikir mübadiləsi aparıblar. İki ölkə arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Bununla yanaşı, sənaye, enerji, nəqliyyat, logistika, turizm və digər istiqamətlərdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə bərpa olunan enerji, mədənçilik, daşınmaz əmlak, müasir infrastruktur, tranzit potensialının inkişafı, o cümlədən kənd təsərrüfatı sahələrində tərəfdaşlığın geniş perspektivlərə malik olduğu bildirilib.

-----

16:48

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyində dövlət naziri, Azərbaycan - BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.

Strateji tərəfdaşlığımızın gücləndiyini və iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üçün yeni imkanlar yarandığını vurğuladıq.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, biznes əlaqələrinin və işgüzar dairələr arasında əməkdaşlığın dinamik inkişafı, birgə investisiyaların təşviqi, sənaye, enerji, nəqliyyat, turizm və digər sahələrdə işbirliyinin möhkəmləndirilməsi barədə müzakirələr apardıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?