7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZPROMO və Çexiya Sənaye Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

AZPROMO və Çexiya Sənaye Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çexiya Sənaye Konfederasiyası arasında görüş keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan biznesinin Çexiya bazarına çıxışının dəstəklənməsi və çex şirkətləri ilə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının önəmini diqqətə çatdırıb.

Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay ölkəsinin sənaye və texnologiya sahələrində təcrübəsindən danışıb, Çexiyanın Avropa bazarları və təchizat zəncirləri ilə sıx əlaqələrinin mövcudluğunu vurğulayıb.

Görüşdə məlumat mübadiləsinin aparılması, qarşılıqlı maraq doğuran sektorların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında münasibətlərin inkişafı üzrə növbəti addımların atılmasına dair razılıq əldə olunub. Görüş zamanı qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?