2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib YENİLƏNİB

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev çıxış ediblər. Çıxışlarda ölkə iqtisadiyyatının davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun aparıcı rolu xüsusi vurğulanıb. Ölkəmizdə sahibkarlığın formalaşması və inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür, sahibkarlara göstərilən maliyyə və institusional dəstək mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunur.

Həmçinin qeyd olunub ki, kiçik və orta biznesin inkişafı iqtisadi siyasətin prioritetlərindəndir, dövlət-özəl sektor əməkdaşlığının davamlı olaraq genişlənir.

Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub.

Tədbirin sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə bu əlamətdar tarix ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.

-----

14:43

“İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində əldə olunan nailiyyətlərdə sahibkarlarımızın böyük payı var. Azərbaycanda sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi innovativ təşəbbüslərin genişlənməsini, yeni investisiya layihələrinin reallaşdırılmasını və məşğulluğu stimullaşdırır.

"Sahibkarlar Günü" münasibətilə keçirilən tədbirdə biznes nümayəndələrinin Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətlərini vurğuladıq, dövlət başçısının Sərəncamı ilə təltif olunan sahibkarlarımızı təbrik etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?