7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Dünya İqtisadi Forumunun (DİF) “Strateji İntellekt” (Strategic Intelligence) platformasına inteqrasiya olunub. Bu addım Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin qlobal səviyyədə tanıdılması və beynəlxalq bilik mübadiləsi ekosistemində aktiv iştirakının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Strategiyanın beynəlxalq platformada yerləşdirilməsi bir neçə istiqamətdə əlavə dəyər yaradır. İlk növbədə, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində prioritetləri və təşəbbüsləri qlobal ekspert icması üçün daha əlçatan olur. Bu isə beynəlxalq əməkdaşlıqların genişlənməsinə, xarici investisiyaların cəlbinə və qabaqcıl təcrübələrin ölkəyə transferinə şərait yaradır. Eyni zamanda, platforma vasitəsilə strategiyanın icrası üzrə yanaşmaların digər ölkələrin təcrübələri ilə müqayisəsi mümkün olur, bu da siyasətlərin daha çevik və effektiv şəkildə təkmilləşdirilməsinə imkan verir. Bu kontekstdə Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində regional mərkəzə çevrilmək hədəfinə daha da yaxınlaşır.

Harvard, Yel, Oksford universitetləri və KAIST institutu kimi tərəfdaşların kontent dəstəyi ilə yaradılan “Strateji İntellekt” platforması qlobal çağırışlar, strateji təşəbbüslər üzrə biliklərin sistemləşdirildiyi süni intellekt əsaslı rəqəmsal analitik mühitdir. Platforma 250-dən çox mövzu üzrə əsas tendensiyaları və əlaqələri anlamağa imkan yaradır. “Strateji İntellekt” müxtəlif ölkələrin strategiyalarını, tədqiqatları və qabaqcıl təcrübələri bir araya gətirərək qərarvericilər, ekspertlər və təşkilatlar üçün vahid bilik bazası rolunu oynayır. Bu platforma vasitəsilə istifadəçilər konkret sahələr üzrə qlobal tendensiyaları izləyə, siyasətlərin təsirini analiz edə və müxtəlif ölkələrin yanaşmalarını müqayisə edə bilirlər.

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını əsas hədəf kimi müəyyən edir. Strategiya həmçinin rəqəmsal infrastrukturun inkişafı, innovasiya və startap ekosisteminin gücləndirilməsi, data əsaslı qərarvermənin tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və rəqəmsal bacarıqların artırılması kimi 50 təşəbbüsü özündə ehtiva edir. Sənəd süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və digər 4-cü sənaye inqilabı texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqini nəzərdə tutur. Strategiyanın icrası nəticəsində rəqəmsal sektorun ÜDM-də payının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?