9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın dövlət borcu ÜDM-in 18,7 faizini təşkil edir

2026-cı ilin 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil edib.

Ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon dollar) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.

Hesabat tarixinə Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30 faizdən çox olmaması və xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi üzrə yuxarı hədlər gözlənilib.

Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabatında qeyd edilib ki, bu ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?