9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlayıb

“AzerGold” QSC tərəfindən yerli və beynəlxalq qanunvericiliyə, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq Daşkəsən rayonunun Çovdar kəndinin yaxınlığında yerləşən emal kompleksində rekultivasiya işlərinə başlanılıb.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) yerləşən, hazırda istismara yararsız olan və ümumilikdə 88 hektarı əhatə edən boş süxur anbarının 15 hektarlıq hissəsində münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə bioloji rekultivasiya tədbirləri çərçivəsində əraziyə 300 kiloqram yonca toxumu səpilib. Görülən işlər torpaq strukturunun yaxşılaşdırılmasına və ekosistemin mərhələli şəkildə bərpasına xidmət edir.

Rekultivasiya tədbirləri üzrə layihə planının növbəti mərhələləri çərçivəsində mədənin digər sahələrində hasilat nəticəsində münbitlik xüsusiyyətləri dəyişmiş torpaqların bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə rekultivasiya tədbirləri mədən şirkətlərinin ekoloji məsuliyyətinin ayrılmaz hissəsi olmaqla, qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, “AzerGold” QSC ölkədə rekultivasiya işlərini həyata keçirən ilk dağ-mədən şirkətidir. Şirkət tərəfindən istismarı başa çatmış “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işləri həyata keçirilib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?