9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Misirlə özəl sektor üzrə tərəfdaşlıq müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarət əlaqələri barədə məlumat verib.

Səfir Houssam-Eldine Reda ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında potensial əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikinti və infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?