19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxrac sifarişləri 10 faiz  artıb

2019-cu ilin yanvar-iyul ayları ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin həcmi açıqlanıb. "İxrac icmalı"na əsasən, ilk 7 ayda portala 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb. 2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. 2019-cu ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,1 faiz), Türkiyə (6,4 faiz), ABŞ (6 faiz), Hindistan (5,7 faiz) və İngiltərə (4,8 faiz) qərarlaşıb.

Bu ilin iyul ayında "Azexport.az" portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) dünyanın 133 ölkəsindən portala daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon ABŞ dolları təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?