9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Dərinsulu Günəşli” platformasının ümumi hasilat göstəriciləri açıqlanıb

“Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin 3-cü fazası çərçivəsində fəaliyyətə başlayan “Dərinsulu Günəşli” platformasının istifadəyə verilməsindən 18 il ötür.

Energetika Nazirliyinin məlumatına görə, istismara verildiyi tarixdən indiyədək platformadan 91,5 milyon ton neft və 19,6 milyard kubmetr qaz hasil edilib.

Qeyd edək ki, “Dərinsulu Günəşli” platforması 2008-ci il aprelin 22-də istismara verilib. “Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir.

Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq “Dərinsulu Günəşli” işlənməsində üç sualtı suvurma quyusu quraşdırılıb. “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəmərinə vurulan AÇG neftində “Dərinsulu Günəşli”nin böyük rolu var.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?