15 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-mart ayları ərzində 80 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2026-cı ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 79.921 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 14.256-sı (17,8 %) ilkin, 65.665-i (82,2 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində – 17.029, mənzil – 19.063, torpaq sahəsi – 40.894, qeyri-yaşayış binası – 753, qeyri-yaşayış sahəsi – 2.029, əmlak kompleksi – 125 və çoxmərtəbəli yaşayış binaları üzərində – 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.540-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-mart ayları ərzində 56.272 texniki pasport tərtib edilib, 13.548 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Qeyd edək ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən göstərilən ümumi xidmətlər üzrə cari ilin birinci rübü ərzində 800 minə yaxın müraciət olunub, bunun 450 minə yaxını elektron xidmətlər təşkil edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?