9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartı qəbul edilib.

Agentliyin məlumatına görə, yeni standartın tətbiqi müəssisə və təşkilatlarda biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə, potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.

Sözügedən dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?