14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşür

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşür

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir.

Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı bildirib.

“Bu qurumlar sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, farmasevtika və xidmət sahələri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında təmsil olunurlar. Rusiyadan Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi 10,7 milyard dollar təşkil edib. Bunun 2,9 milyard dolları neft-qaz sektoruna yatırılıb”, – deyə Baş nazirin müavini vurğulayıb.

AZƏRTAC

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?