Yanvar-mart aylarında Çin ilə ticarət dövriyyəsinin həcmi 1,1 milyard dolları üstələyib
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 7,3 faiz artaraq 1,1 milyard dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 11,73 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
