9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda özəlləşdirmə və icarədən büdcəyə daxilolmaların həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 30 dövlət əmlakı özəlləşdirilib.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, özəlləşdirmədən daxilolmalar 129 min manat təşkil edib, bundan 96,7 min manatı muxtar respublika büdcəsinə ödənilib. Cari ilin ilk üç ayı ərzində muxtar respublikada 25 hərrac keçirilib.

Bununla yanaşı, hesabat dövründə 84 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 57-si qeyri-yaşayış, 27-si isə torpaq sahələrinə dair olub. 64 müqavilənin isə müddəti uzadılıb.

Yanvar-mart ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 262 min manat vəsait ödənilib. Ötən üç ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz artıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?