9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsi nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Ortamüddətli büdcə çərçivəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına əsasən tərtib olunub.

Sənəd büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə büdcə islahatlarına cəlb olunan sektorlar üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.

2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://shorturl.az/EDRNC

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?