9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

I rübdə Naxçıvanda sahibkarlara 33 təsdiqedici sənəd verilib

2026-cı ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 9 sahibkarlıq subyektinə 33 təsdiqedici sənəd verilib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, müvafiq investisiya təşviqi sənədi olan müəssisələrə təqdim olunan 5 təsdiqedici sənəd əsasında 1,5 milyon manat dəyərində Rusiya, Çin, Türkiyə mənşəli texnika, texnoloji avadanlıqlar və qurğular idxal edilib.

1 yanvar 2026-cı ildən qüvvəyə minən vergi, gömrük və sosial sığorta güzəştlərinə əsasən 28 təsdiqedici sənəd əsasında 2,4 milyon manat dəyərində xammal və materialların Avstriya, İran, İraq, Gürcüstan kimi ölkələrdən idxalı həyata keçirilib.

Cari ilin 3 ayı ərzində idxal olunan xammal, material və texnoloji avadanlıqlara əlavə dəyər vergisi və gömrük rüsumları üzrə 1,1 milyon manat dəyərində güzəştlər tətbiq edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?