10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yeni xatirə sikkəsini təqdim edəcək

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib. Yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Sikkədə memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi tikililər təsvir olunub.

Məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb. Bu qabaqcıl texnologiya sayəsində sikkə üzərində ultra yüksək relyef, incə detallı dizayn elementləri və çoxölçülü vizual effektlər əldə olunub. Nəticədə məhsul klassik zərb texnikasından fərqli olaraq daha dərin bədii ifadə, yüksək dəqiqlik və unikal estetik görünüş ilə seçilir.

Layihənin məqsədi Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək, milli-mədəni dəyərləri geniş auditoriyaya çatdırmaq və görkəmli şəxsiyyətin xatirəsini yaşatmaqdır. Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş alıcı auditoriyası üçün nəzərdə tutulub.

“AzerGold” QSC bundan əvvəl də tarixi-mədəni irsin təbliğinə yönəlmiş müxtəlif məhsullar istehsal edib. Bu sıraya “Qarabağ inciləri”, “Şuşa”, “Bakı”, “İçərişəhər”, “Qobustan”, “Naxçıvan” kolleksiyaları daxildir. Yeni sikkə də bu ənənəni davam etdirərək Azərbaycanın mədəni irsini həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmağa xidmət edəcək.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?