12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əcnəbilərin bank kartları ilə əməliyyatları 7 faiz artıb

Əcnəbilərin bank kartları ilə əməliyyatları 7 faiz artıb

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə "İxrac İcmalı"nda məlumat verilib. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu il ölkəyə gələnlərin sayı 7,4 faiz çox olub.

Cari ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz artmasına paralel olaraq, onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, həmin ayda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyəri 134,6 milyon manat təşkil edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz çoxdur. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib. Qeyd edək ki, həmin məbləğ bu ilin iyun ayında 115,1 milyon manat olub.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?