21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ruandada əməkdaşlığa dair görüşlər keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun nümayəndələri Ruandaya işgüzar səfər ediblər. Səfər çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin rəhbərliyi ilə qurumun nümayəndə heyəti bir sıra görüşlər keçirib. Görüşlərdə həmçinin Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov iştirak edib.

Ruanda Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin daimi katibi Fidelis Mironko ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycanın və Ruandanın iqtisadi potensialının Afrika və Avropada daha geniş tanıdılması barədə müzakirələr aparıblar.

Ruandanın ticarət və sənaye naziri Prudens Sebahizi ilə görüşdə perspektivli tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrin araşdırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Özəl Sektor Federasiyasının baş katibi Kallixte Kanamugire ilə görüşdə ölkələrimiz arasında işgüzar münasibətlərin gücləndirilməsi müzakirə olunub, həmçinin biznes dairələri arasında əlaqələndirmə işlərinin aparılmasına dair razılıq əldə edilib.

Ruandanın Milli Kənd Təsərrüfatı və İxrac Şurası ilə görüşdə qurumun fəaliyyəti, ixracyönümlü məhsullar və bu məhsulların keyfiyyətinə nəzarət üzrə fəaliyyət göstərən laboratoriya barədə məlumat təqdim edilib. AZPROMO nümayəndələri laboratoriya ilə tanış olublar.

Ruandanın aparıcı qəhvə istehsalçısı “Gorilla’s Coffee” şirkətinin nümayəndələri ilə görüşdə şirkətin ölkəmizdə fəaliyyətinin qurulması istiqamətində müzakirə aparılıb. Bundan başqa AZPROMO nümayəndələri şirkətin istehsal müəssisəsi ilə tanış olublar.

Ruanda İnkişaf Şurası ilə görüş zamanı potensial tərəfdaşlıq məsələləri nəzərdən keçirilib. Ruanda tərəfi “Interfood Azerbaijan” sərgisinə və bu il təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

Səfər çərçivəsində AZPROMO nümayəndələri Kiqali Xüsusi İqtisadi Zonasını ziyarət edib, buradakı müəssisələrin fəaliyyəti ilə tanış olublar.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?