24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ağdamda aqroşəhərcik layihəsi üzrə memorandum imzalanıb

Ağdamda aqroşəhərcik layihəsi üzrə memorandum imzalanıb

“Belstroytsentr” RUP və Azərbaycanın “IMA-ENERGY” şirkəti tikinti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Belarus mətbuatının yaydığı məlumata görə, sənədin imzalanması videokonfrans formatında baş tutub.

Əldə olunan razılaşmalar çərçivəsində Azərbaycan tərəfi Ağdam rayonunda aqroşəhərciyin salınması layihəsinin icrasında tərəfdaş-subpodratçı qismində çıxış edəcək. Bu təşəbbüs sosial əhəmiyyət daşıyır və 448 yaşayış evinin, ümumtəhsil məktəbinin və uşaq bağçasının tikintisini, habelə infrastrukturun formalaşdırılmasını nəzərdə tutur. Hazırda işlər layihələndirmə mərhələsindədir.

“IMA-ENERGY” ilə əməkdaşlıq Belarusun tikinti xidmətlərinin ixracı üçün yeni perspektivlər açır və iki ölkə arasında tikinti sahəsində tərəfdaşlığın möhkəmləndirilməsində növbəti mərhələdir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması