16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO nümayəndələri “Invest in Ethiopia 2026” biznes forumunda iştirak ediblər

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndələri Efiopiyanın Əddis-Əbəbə şəhərində Efiopiya İnvestisiya Komissiyası və Maliyyə Nazirliyi tərəfindən keçirilən “Invest in Ethiopia 2026” biznes forumunda iştirak ediblər.

Tədbirdə Efiopiyanın investisiya imkanları təqdim edilib, dövlət rəsmiləri və özəl sektorun iştirakı ilə panel sessiyalar keçirilib, investisiya layihələrinə dair sənədlər imzalanıb.

Efiopiyaya səfər çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin rəhbərliyi ilə Agentliyin nümayəndələri bir sıra qurumlarla görüşlər keçiriblər.

Efiopiya İnvestisiya Komissiyasının (EIC) rəhbəri Zeleke Temesgen ilə görüşdə bu ilin fevral ayında Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri çərçivəsində AZPROMO ilə EIC arasında imzalanan Anlaşma Memorandumunun icrası müzakirə olunub. Görüşdə iki qurum arasında əlaqələrin gücləndirilməsi perspektivləri, birgə təşəbbüs və fəaliyyət imkanları nəzərdən keçirilib.

Efiopiya Ticarət Palatası və Sahəvi Assosiasiyalarının (ECCSA) vitse-prezidenti Aynalem Abayne Mamo ilə görüşdə iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ikitərəfli ticarət potensialının öyrənilməsinin önəmi qeyd olunub. Efiopiya ilə ticarət münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Efiopiyanın mədən sənayesi naziri Habtamu Tegene Destaye ilə görüşdə dağ-mədən sənayesində birgə fəaliyyət imkanları dəyərləndirilib.

“Ethiopian Investment Holdings” suveren fondunun baş icraçı direktoru Bruk Taye ilə görüşdə ölkəmizin investisiya potensialı haqqında məlumat verilib, qarşılıqlı əməkdaşlığın perspektivləri, investisiya üzrə tərəfdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?