16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Belarus tikinti sahəsində sistemli əməkdaşlıq edəcək

Belarus Respublikası İnşaatçılar İttifaqı ilə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) arasında Anlaşma Memorandumu imzalanıb.

Belarus mediasının verdiyi məlumata görə, tərəflərin Minskdə keçirilən görüşünün əsas nəticəsi olan bu sənəd memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığa keçidi təsbit edir və irimiqyaslı birgə layihələrin icrası üçün baza yaradır.

Cari tərəfdaşlıq çərçivəsində belaruslu mütəxəssislər artıq Azərbaycanın Ağdam rayonunda obyektlərin layihələndirilməsini həyata keçirirlər ki, burada yaxın vaxtlarda aqroşəhərciyin salınmasına başlanılacaq. Layihə bütün zəruri infrastrukturun və rahat yaşayış sahələrinin yaradılmasını nəzərdə tutur. Tərəflər, həmçinin, müasir tikinti materiallarının qarşılıqlı tədarükünü aktiv şəkildə inkişaf etdirmək və qabaqcıl mühəndis həllərini tətbiq etmək niyyətindədirlər.

Əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün Azərbaycan tərəfi sənaye, mənzil infrastrukturu, lift təsərrüfatı və peşəkar kadrların hazırlanması sahələrində məsələlərin operativ həlli üçün dövlət strukturlarını və biznesi birləşdirəcək daimi fəaliyyət göstərən koordinasiya mexanizminin yaradılmasını təklif edib. İcazə və lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır ki, bu da hər iki ölkənin şirkətlərinə ümumi bazarlarda daha səmərəli fəaliyyət göstərməyə imkan verəcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?