16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri “Powerchina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Powerchina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşüb.

Bildirilib ki, Azərbaycanın iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi investorlar üçün əlverişli biznes mühiti yaradır. Bu baxımdan, Çinin innovasiyayönümlü investisiyaları ilə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar var.

Görüş çərçivəsində "SOCAR Green" ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlar müzakirə olunub.

Bununla yanaşı, enerji sektoru, xüsusilə bərpa olunan enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

-----

14:16

Çinin "PowerChina Resources Ltd." şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşümüzdə "SOCAR Green" ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlarla bağlı müzakirələr apardıq.

Enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanlarına toxunduq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?