16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.

Qeyd edək ki, Proqramın əhatə dairəsi genişlənir. “Azərsun Holdinq” qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” (qeyd: əvvəlki “Sənaye 4.0 Hazırlıq” Proqramı) “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?