8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-fevral aylarında özəlləşdirmə və icarədən büdcəyə 75,9 milyon manat vəsait ödənilib

Yanvar-fevral aylarında özəlləşdirmə və icarədən büdcəyə 75,9 milyon manat vəsait ödənilib

2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 hərrac keçirilib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.

Cari ilin ilk iki ayında 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə olmaqla 890 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?