21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

UNCTAD ilə əməkdaşlıq imkanları müzakirə olunub YENİLƏNİB

13-cü Qlobal Bakı Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə görüşüb.

Görüşdə qlobal iqtisadi proseslər, beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyəti və qlobal biznes mühitində müşahidə olunan əsas tendensiyalar barədə fikir mübadiləsi aparılıb. Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin regional iqtisadi inkişaf perspektivlərinə təsiri, həmçinin beynəlxalq ticarətin davamlı inkişafı üçün yeni əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində potensialın artırılması və innovasiyayönümlü inkişafın təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.

Tərəflər təcrübə mübadiləsi, potensialın gücləndirilməsi proqramları və innovasiya ekosisteminin dəstəklənməsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

-----

13:13

“13-cü Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə görüşdük.

İqtisadi tendensiyalar, qlobal biznes mühitinin və beynəlxalq ticarət əlaqələrinin cari vəziyyəti barədə müzakirələrimiz oldu. İqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində UNCTAD ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?