16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi başa çatıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə üçüncü dəfə keçirilən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsindən 100-dən çox xanım sahibkar faydalanıb. Qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan layihə bu il də qadın sahibkarlar arasında tərəfdaşlıq və netvörkinqin gücləndirilməsinə töhfə verib. İki ay davam edən layihə çərçivəsində müxtəlif sektorları təmsil edən qadın sahibkarlar üçün təlimlər, tədbirlər, ofis və istehsalat ziyarətləri, həmçinin sosial fəaliyyətlər təşkil olunub.

Layihənin yekunlarına həsr olunmuş tədbirdə layihədən faydalanmış qadın sahibkarlar, layihəyə dəstək göstərən qurumların və tərəfdaşların nümayəndələri iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, İCMA-nın İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva qadın sahibkarlığının inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən təşəbbüs və layihələrin sahibkar xanımların biznes bacarıqlarının inkişafına töhfə verdiyini qeyd ediblər.

Tədbirdə layihənin tərəfdaşları - “Kapital Bank”ın, “Məlhəm Beynəlxalq Hospital”ın, “Corian Baku” şirkətinin, “Gizli Bahçe” restoranının, “Ətirşah Parfüm”ün, “Moon Group”un nümayəndələri qadın sahibkarlığının dəstəklənməsi üçün layihə və təşəbbüsləri barədə məlumat veriblər.

Tədbir çərçivəsində layihədə aktiv iştirak etmiş xanım sahibkarlara sertifikatlar təqdim olunub.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?