17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Liderlik təlim proqramı” yekunlaşıb

İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi və ADA Universitetinin birgə təşkil etdiyi “Liderlik təlim proqramı” başa çatıb.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Allahverdi Paşayev liderlik bacarıqlarının gücləndirilməsinin institusional inkişaf baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, proqram dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin, həmçinin nəzəri və praktiki biliklərin artırılması, qulluq funksiyalarının icrası ilə əlaqədar peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verir.

ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri, ixtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva ADA Universiteti ilə İqtisadiyyat Nazirliyinin əvvəlki illərdə liderlik proqramları üzrə uğurlu əməkdaşlığı barədə məlumat verib. Bu kimi birgə təşəbbüslərin cari ildə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, proqram 5 moduldan ibarət olub. Həmin modullar peşəkar bilik və bacarıqların inkişafı, strateji planlaşdırma və qərar qəbuletmə, dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması, ictimai natiqlik, liderlik və komanda idarəçiliyi, kommunikasiya bacarıqları kimi mövzuları əhatə edib. Proqram çərçivəsində Nazirliyin 50 əməkdaşı interaktiv müzakirə və tapşırıqlar vasitəsilə praktiki bacarıqlarını təkmilləşdirib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?