18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR və “TotalEnergies” birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər

SOCAR və “TotalEnergies” birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyata keçirilən layihələrin icra vəziyyətini, o cümlədən “Abşeron” qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini və yatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdən keçiriblər.

Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?