16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” beynəlxalq genişlənməni prioritet hesab edir

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin vitse-prezidenti Malkolm Forbs Kablın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

QSC-nin məlumatına görə, Z.İbrahimov ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi sayəsində QSC-nin fəaliyyət sahələrində mühüm nailiyyətlər və geniş təcrübə qazandığını qeyd edib.

Görüşdə “AzerGold”un strateji inkişaf prioritetləri, istehsalın artırılması və beynəlxalq bazarlara çıxış planları müzakirə olunub. Qeyd edilib ki, yaxın illərdə yeni yataqların istismara verilməsi və 2028-ci ildən yeni istehsal mərhələsinə başlanılması planlaşdırılır. İnsan kapitalının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi əsas hədəflər sırasındadır.

Bildirilib ki, şirkət uzunmüddətli perspektivdə beynəlxalq genişlənməni prioritet hesab edir və xüsusilə qızıl, həmçinin perspektivli hallarda mis yataqları üzrə xarici layihələrə maraq göstərir. İnvestisiya baxımından sabit və hüquqi bazası aydın olan ölkələrə, eləcə də mövcud infrastruktur və hasilat bazasına malik “brownfield” layihələrə üstünlük verilir. Potensial əməkdaşlıq istiqamətləri kimi Mərkəzi Asiya ölkələri – Özbəkistan və Qazaxıstan qeyd olunub. Afrika ölkələrində də ilkin müzakirələrin aparıldığı bildirilsə də, bəzi regionlarda siyasi və institusional risklərin mövcudluğu vurğulanıb.

Malkolm Forbs Kabl təmsil etdiyi “Wood Mackenzie” şirkətinin mədən sənayesi, enerji, neft-qaz və investisiya strategiyaları sahəsində qlobal təcrübəsindən bəhs edib. Fərqli ölkələrdə mədən sektorunda qanunvericiliyin təkmilləşdirilməsi, investisiyaların cəlbediciliyinin artırılması üzrə layihələr barədə məlumat verilib.

Görüşdə Azərbaycanın mədən sektorunda beynəlxalq təcrübənin tətbiqi, analitik alətlərdən istifadə və rəqabət qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?