24 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Nazirliyin strukturuna daxil olan və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları iştirak ediblər. Anım tədbirində soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Xocalı soyqırımı XX əsrin sonunda azərbaycanlılara qarşı baş vermiş ən ağır faciələrdən biridir. Azərbaycan xalqı Ermənistan tərəfindən törədilən bu soyqırımı və torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb.

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.

Xocalı soyqırımına hüquqi qiymət verilməsi, bu soyqırımı aktının dünyada tanıdılması işi dövlət səviyyəsində qarşıya məqsəd kimi qoyulub. Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası təşkil edilib, dünyanın bir sıra ölkələri dövlət və parlament səviyyəsində Xocalı soyqırımını tanıyıblar.

Xocalı qurbanlarının, müharibədə şəhid olmuş hərbçilərimizin, mülki şəxslərin qisası döyüş meydanında alınıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində böyük Zəfər qazandı. Bildirilib ki, 2023-cü ilin sentyabr ayının 23-də Ordumuzun antiterror əməliyyatından sonra dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini Xocalıda andı, onların xatirəsini əbədiləşdirmək üçün orada xocalılılarla birgə memorial kompleksin təməli qoyuldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib. Hazırda Xocalıda həyat yenidən dirçəlir, əzəli sakinlər torpaqlarına qayıdır. Lakin xalqımız tariximizi, bu faciəni heç vaxt unutmamalı və şəhidlərin xatirəsini daim uca tutmalıdır.

Tədbirdə Xocalı soyqırımına dair “Əsir uşaqlıq” sənədli filmi nümayiş etdirilib.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?