16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nazir: "Orta Dəhlizin səmərəliliyinin artırılması Cənubi Qafqazın regional ticarətdə rolunu daha da artıracaq"

Azərbaycanın həm qardaş Türkiyə ilə, həm Gürcüstanla çox müsbət zəngin iqtisadi, ticarət, qarşılıqlı sərmayə sahəsində əlaqələri var və bizim iş adamlarımızın görüşü bu əlaqələrin genişləndirilməsi üçün gözəl fürsət yaradır. Bu sözləri jurnalistlərə açıqlaması zamanı Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunda iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycan həm Türkiyə, həm də Gürcüstan iqtisadiyyatına sərmayələr qoyub və ölkəmiz bu göstərici üzrə aparıcı sıradadır.

“Biz inanırıq ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətə uyğun enerji, nəqliyyat dəhlizləri, qarşılıqlı sərmayə, turizm və bir sıra digər sahələrdə əldə edilmiş uğurlar növbəti mərhələdə yeni sahələrin əlavə edilməsi üçün çox gözəl imkan və fürsət yaradır. İnanırıq ki, Orta Dəhlizin səmərəliliyinin daha da artırılması, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan üzərindən Zəngəzur dəhlizinin həyata keçirilməsi, Zəngəzur–Qars və Naxçıvan–Qars dəmir yolu layihələrinin reallaşdırılması müsbət rol oynayacaq, ümumilikdə Orta Dəhlizin, eləcə də Cənubi Qafqazın tranzit və regional ticarətdə rolunu daha da artıracaq. Çox məmnunuq ki, hər üç ölkədən xeyli sayda iş adamı, dövlət şirkətləri ilə yanaşı, özəl sektor nümayəndələri də forumda iştirak edir, məhsuldar müzakirələr aparılır. Eyni zamanda, həmkar nazirlərlə gündəlikdə duran məsələlərin müzakirəsi üçün də bu fürsətdən istifadə etdik”, - deyə Mikayıl Cabbarov əlavə edib.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?