16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və İran energetika sahəsində əməkdaşlığı genişləndirir

Energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.

Görüşdə birgə layihələrin, o cümlədən “Xudafərin”, “Qız Qalası” və “Ordubad” su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?