21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 2,6 milyondan çox olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə elektron xidmətlərin sferasını genişləndirir. Ötən il ərzində bu sahədə uğurlu nəticələr əldə edilib.

Xidmət tərəfindən 2025-ci ildə 4 xidmət elektronlaşdırılıb.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda 39 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalı (https://e-services.economy.gov.az/services) üzərindən təqdim olunur.

Ötən il ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2,6 milyondan çox elektron xidmət göstərilib.

Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti innovasiyaların tətbiqi, xidmət sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işləri davam etdirir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?