21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5 faiz artım deməkdir.

Dövlət Turizm Agentliyinin məlumatına görə, yanvar ayında Rusiyadan 2 faiz artım ilə 42 342 nəfər, Türkiyədən 15,5 faiz artım ilə 36 536 nəfər və İrandan 2,1 faiz artım ilə 15 399 nəfər səfər sayı qeydə alınıb.

Cənubi Asiya regionu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44,9 faiz artım deməkdir.

İlk onluqda qərarlaşan digər ölkələr Gürcüstan (8734), Pakistan (6758), Qazaxıstan (5676), Özbəkistan (5130) və İsrail (4972) olub.

Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22 faiz artaraq 26 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44 faiz artaraq 6 819 nəfərə çatıb.

Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 676 nəfər təşkil edib ki, bu da 2,5 faiz artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 130 nəfərə çataraq 72,3 faiz artım nümayiş etdirib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?