16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta şirkətlərinin sığorta ödənişləri 8,7 milyon manat və ya 6 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422,9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154,6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, hesabat dövründə toplanmış sığorta haqları ötən ilin ilk yeddi ayı ilə müqayisədə 37 mln. manat və ya 8 faiz azalıb, sığorta ödənişləri isə 8,7 mln. manat və ya 6 faiz artıb. Könüllü sığorta bazarı üzrə haqlar 285,6 mln. manat (azalma 14,6 faiz), ödənişlər isə 110 mln. manat (artım 2,3 faiz) təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137,3 mln. manat (artım 9,5 faiz), ödənişlər isə 44,6 mln. manat (artım 16,1 faiz) olub.

Cari ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67,5 faizi könüllü, 32,5 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1 faizi könüllü, 28,9 faizi icbari sığorta növləri hesabına formalaşıb.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?