22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO: Azərbaycan və BƏƏ-nin biznes əlaqələrini genişləndirmək üçün böyük potensialı var

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Hər iki dövlətin biznes strukturları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri tərəflərə gəlir və etimad qazandıra bilər. Ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişafı biznes üçün olduqca əlverişli imkanlar açır.

Bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər iki ölkə arasında, xüsusilə qida sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

“Bu imkanlardan istifadə edib ticarət və biznesi daha da genişləndirmək mümkündür. Bu dəyirmi masanın da məqsədi hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələri artırmaqdan ibarətdir. Bugünkü dəyirmi masada geniş tərkibli nümayəndə heyətləri iştirak edirlər. Tədbirdə iştirak etmək üçün BƏƏ-dən bir sıra şirkətlər və 25 nəfərlik heyət, Azərbaycandan isə 16 şirkət və 20-dən çox iştirakçı gəlib”, - deyə AZPROMO-nun icraçı direktoru əlavə edib.

AZƏRTAC

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?