22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarla dialoq: 140-a yaxın görüş və ictimai müzakirə, 30-dan çox müəssisə ziyarəti

Sahibkarlarla birbaşa ünsiyyətin genişləndirilməsi, ehtiyac və təkliflərinin öyrənilməsi, dövlətin dəstək mexanizmləri və biznes üçün imkanlar barədə məlumatlandırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahəvi görüşlər, maarifləndirmə tədbirləri, ictimai müzakirələr və digər tədbirlər təşkil edir.

2025-ci ildə 2800-dən çox sahibkarın iştirakı ilə 130 görüş təşkil olunub. Görüşlərin 111-i sahəvi, 19-u isə maarifləndirmə xarakterli olub. Tədbirlər kənd təsərrüfatı, turizm, sənaye, qida istehsalı, idxal-ixrac, KOB klasterləri, qadın və gənc sahibkarlıq kimi aktual mövzuları əhatə edib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilən görüşlər sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, təkliflərinin qeydə alınması və suallarının operativ cavablandırılması baxımından effektiv platforma rolunu oynayıb. Ötən il KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə 6 ictimai müzakirə təşkil olunub ki, bu tədbirlərdə 400-dən çox sahibkar iştirak edib. Biznes mühitinin yaxşılaşdırılmasına yönələn aktual mövzulara həsr olunmuş ictimai müzakirələr dövlət qurumları, biznes assosiasiyalar və sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə verib.

Görüşlərdə və ictimai müzakirələrdə qaldırılan bir sıra məsələlərin aidiyyəti qurumlarla birgə həllinə nail olunub, sahibkarların irəli sürdüyü bəzi təkliflər qanunvericilik təşəbbüsləri çərçivəsində nəzərə alınıb.

Eyni zamanda Agentlik nümayəndələri Bakı və regionlarda fəaliyyət göstərən 30-dan çox istehsal və xidmət müəssisəsində olub ki, bu da real sektorun vəziyyətinin yerində öyrənilməsi, sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması baxımından faydalı olub.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?