22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun iclası keçirilib

Azərbaycan Mərkəzi Bankında (AMB) Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

AMB-nin məlumatına görə, iclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilən 15 tədbirin 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat təqdim olunub.

Bundan əlavə, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.

Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov strategiya çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə əldə olunmuş nəticələr və Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi tərəfindən adıçəkilən məqsəd çərçivəsində nəzərdə tutulan tədbirlərin 2025-ci il üzrə icrası ilə bağlı monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabat təqdim olunub və bu istiqamətdə müzakirələr aparılıb.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?