22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bankların faiz siyasətində dəyişiklik: azalma gözlənilir

Azərbaycanda bankların təklif etdiyi kredit və depozit faizlərinin azalması gözlənilir.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib. Onun sözlərinə görə, monetar siyasətdə hər hansı xüsusi dəyişiklik olmayacağı halda kreditlərin faiz dərəcələrinin aşağı enməsi proqnozlaşdırılır. Bu hal depozitlərə də şamil edilir: “Azərbaycanda uçot dərəcəsinin manatla yerləşdirilən depozit və manatla verilən kredit faizlərinə təsiri getdikcə daha çox hiss olunur. Biz bu təsiri qiymətləndiririk. Bizim yeni monetar siyasət çərçivəsinin son mərhələsi 2024-cü ildən başlayıb. Həmin vaxtdan biz uçot dərəcəsini siyasət aləti kimi tətbiq etməyə başlamışıq. Məsələn, son 6 ayda uçot dərəcəsini aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0,11 faiz bəndi azalaraq 9,5 faizə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz isə 0,78 faiz bəndi azalaraq 5,87 faizə düşüb".

T.Kazımov fiziki şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsinin 0,8 faiz bəndi azalaraq 15,95 faizə, hüquqi şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsinin isə 0,91 faiz bəndi azalaraq 12,32 faizə düşdüyünü vurğulayıb: “Bank sektorunun yeni çərçivəyə uyğunlaşması bir qədər vaxt tələb edir. Çünki bu, sektor üçün yenilikdir”.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?