23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

YDM-lərdə ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən qurumlarla görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən və inspeksiya xidməti göstərən akkreditasiya olunmuş müəssisələrin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Dövlət Agentliyinin məlumatına görə, görüşdə yanacaqdoldurma məntəqələrində istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, o cümlədən qurğu və avadanlıqların inspeksiyasını həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların 30-a yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Emin Zeynalov çıxış ediblər.

Çıxışlar zamanı "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər barədə məlumat verilib. Həmçinin sözügedən sahələrdə fəaliyyət göstərən qurumlara yanacaqdoldurma obyektlərinə verilən sənədlərin qanunvericiliyin tələbləri əsasında yerinə yetirilməsi tövsiyə olunub.

Sonda praktiki nümunələr əsasında "E-keyfiyyet.gov.az" portalında "Uyğunluğun qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması" funksiyasından istifadə qaydaları izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?