23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Omanla enerji sektoru üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb

Energetika naziri Pərviz Şahbazov və Oman Sultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al Saqri arasında görüş keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Omanın neft və qaz sahəsinə davamlı investisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünya üçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb. Bildirilib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına investisiya edir və bu sahədə regionun əsas ixracatçılarından biri olmağı hədəfləyir. Həmçinin ölkədə artıq dörd böyük günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cı ilə qədər enerji ehtiyaclarının 40 faizini bərpa olunan mənbələrdən təmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton “yaşıl hidrogen” istehsalını planlaşdırdığı qeyd olunub.

Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, günəş panelləri və külək turbinlərinin istehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?